Xaçmazda avtomobildən 30 yeşik alma yola dağılıb - VİDEO

Xaçmazda avtomobildən 30 yeşik alma yola dağılıb - VİDEO Xaçmaz. 10 mart. REPORT.AZ/ Xaçmaz rayonunda yol ilə hərəkətdə olan avtomobilin yükü yerə dağılıb.
Hadisə
10 Mart , 2019 16:52
Xaçmazda avtomobildən 30 yeşik alma yola dağılıb - VİDEO

Xaçmaz. 10 mart. REPORT.AZ/ Xaçmaz rayonunda yol ilə hərəkətdə olan avtomobilin yükü yerə dağılıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Xaçmaz-Quba yolunun 7-ci km-də "Qazel" markalı avtomobilin arxa qapısı açılıb və 30 yeşik alma yola dağılıb.

Yükün sahibi olan Zaur Mehdiyev almaları Xaçmaz rayonunun kəndlərindən alaraq, satmaq üçün Sumqayıt şəhərinə aparırmış. Ona təqribən 500 manatdan çox maddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi