Xaçmazda avtomobil sexində partlayış olub, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB

Xaçmazda avtomobil sexində partlayış olub, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB Yaralanan ustalar Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndəriliblər
Hadisə
27 Dekabr , 2016 19:36
Xaçmazda avtomobil sexində partlayış olub, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB

Bakı. 27 dekabr. REPORT.AZ/ Xaçmaz rayonunda avtomobil sexlərindən birində partlayış olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xudat şəhərində qeydə alınıb.

Belə ki, oksigen balonu ilə işləyən ustalar Rəvan Məhərrəmov və Cavad Şıxəmirov Xudat Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra Bakıya, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndəriliblər. 

Xudat Rayon Mərkəzi Xəstəxanasından "Report"a verilən məlumata görə, avtomobil ustaları qaynaq edərkən partlayış baş verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi