Xaçmazda 21 yaşlı gənci avtomobil vurdu 

Xaçmazda 21 yaşlı gənci avtomobil vurdu  Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 iyul 2021 21:47
Xaçmazda 21 yaşlı gənci avtomobil vurdu 

Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xaçmaz rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Ağayev Valeh Adil oğlunu vurub.

Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona döş qəfəsinin sınığı diaqnozu və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Orphus sistemi