Xaçmazda 12 yaşlı yeniyetməni avtomobil vurub 

Xaçmazda 12 yaşlı yeniyetməni avtomobil vurub  Xaçmaz rayonunda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 İyul , 2021 08:40
Xaçmazda 12 yaşlı yeniyetməni avtomobil vurub 

Xaçmaz rayonunda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xaçmaz rayonu ərazisində qeydə alınıb.

Minik avtomobili yolu keçən 2009-cu il təvəllüdlü İsakov Elşad Etibar oğlunu vurub.

Azyaşlı təcili yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirib.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi