Xaçmaz sakini həmyerlisini qətlə yetirib - YENİLƏNİB-2

Hadisə
  • 16 yanvar, 2019
  • 06:53
Xaçmaz sakini həmyerlisini qətlə yetirib - YENİLƏNİB-2

Xaçmaz. 16 yanvar. REPORT.AZ/ Xaçmaz rayonunda həmyerlisini bıçaqlayaraq qətlə yetirən şəxsin kimliyi məlum olub.

"Report"un yerli bürosunun hüquq-mühafizə orqanalrından əldə etdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə rayon ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İlkin  məlumatalara görə, yanvarın 16-da saat 1 radələrində Xaçmaz rayonunun Müşkür kəndi ərazisindəki kafelərin birinin qarşısında kənd sakini T.Həmidovun bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Mürşüdoba kənd sakini Nazim Həsənov saxlanılıb.


*** 09:18

Xaçmaz. 16 yanvar. REPORT.AZ/ Xaçmaz rayonunda qətlə yetirilən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Müşkür kəndi ərazisində yerləşən kafelərdən birində baş verən hadisə zamanı həmin kəndin sakini Tamerlan Həmidov bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


*** 07:21

Xaçmaz. 16 yanvar. REPORT.AZ/ Xaçmaz rayonunda yerli sakin qətlə yetirilib.

"Report"un məlumatına görə, hadisə rayonun Müşkür kəndi ərazisində yerləşən kafelərdən birində baş verib.

Belə ki, həmin kəndin sakini hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə yerləşdirilib.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədilməsi ilə bağlı araşdırmalara başlanılıb.