Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub

Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub Xaçmaz. 3 mart. REPORT.AZ/ Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
Hadisə
3 Mart , 2018 22:14
Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub

Xaçmaz. 3 mart. REPORT.AZ/ Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

"Report" xəbər verir ki, icra başçısının birinci müavini Mehmanov Yetkin Cavad oğlu vəzifəsindən azad edilib.

Bu vəzifəyə əvvəllər icra başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzərova İlhamə Sahib qızı təyin edilib. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin yeni müdiri vəzifəsinə isə, Nemətov Samir Sabir oğlu təyinat alıb.

Birinci müavin vəzifəsinə təyin olunmuş Nəzərova İlhamə Sahib qızı 1982-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

İ.Nəzərova 2014-cü ildən icra hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.

Son xəbərlər

Orphus sistemi