Bakı. 28 noyabr. REPORT.AZ/ Rusiyanın Volqoqrad vilayətinin Mixaylovski şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsinə nəzarət polisi əməliyyat-axtarış tədbirləri zamanı əvvəllər məhkum olunmayan 46 yaşlı azərbaycanlı iş adamını saxlayıblar.
"Report" xəbər verir ki, Rijski bazarında yerləşən kafelərdən birinin sahibi satış üçün 1,6 kq-dan artıq marixuana hazırlayıb.
Narkotik maddələrin satış faktı üzrə cinayət işi qaldırılıb. Saxlanılan şəxs həbs olunub.
İstintaq-əməliyyat tədbirləri aparılır və saxlanılan şəxsin narkotik satmalı olduğu şəxslər müəyyənləşdirilir.