​"Vnukovo" gömrükçüləri türk və azərbaycanlı qaçaqmalçılarla iş birliyində ittiham olunurlar

​"Vnukovo" gömrükçüləri türk və azərbaycanlı qaçaqmalçılarla iş birliyində ittiham olunurlar Məlum olub ki, cinayətkar qrup ayda Türkiyədən Rusiyaya 30 tona yaxın qanunsuz mal daşıyıb
Hadisə
17 Mart , 2016 23:07
​Vnukovo gömrükçüləri türk və azərbaycanlı qaçaqmalçılarla iş birliyində ittiham olunurlar

Bakı. 17 mart. REPORT.AZ/ Moskvanın "Vnukovo" Beynəlxalq Hava Limanının gömrük işçiləri Türkiyədən yük daşınması ilə məşğul olan etnik mütəşəkkil cinayətkar qrup ilə əlbir olmaqda şübhəli bilinir.

"Report" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva Regionlararası İstintaq İdarəsinin məlumatında bildirilir.

Azərbaycan və Türkiyə vətəndaşlarından ibarət olan qrup iştirakçıları "Vnukovo" gömrükçüləri ilə əlbir olaraq Türkiyədən əl yükü şəklində kommersiya yüklərinin Rusiya ərazisinə qanunsuz gətirilməsi ilə məşğul olublar. Qrupun tərkibinə 20-dən çox şəxs daxildir.

Müəyyən edilib ki, ayda qanunsuz olaraq 30 tona yaxın mal daşınıb. Qaçaqmalçılar 5 il ərzində gömrük xidməti əməkdaşlarının köməkliyi ilə "yaşıl dəhliz"dən keçiblər, halbuki onların yükü bütün vergi rüsumları ödənilmək şərti ilə "qırmızı dəhliz"dən keçməklə rəsmiləşdirilməli idi.

Rusiya İstintaq Komitəsinin Moskva Regionlararası İstintaq İdarəsi tərəfindən Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin materialları əsasında "Vnukovo" gömrükçülərinin öz səlahiyyətlərini aşması faktı üzrə istintaqa qədər yoxlama aparılıb.

Son xəbərlər

Orphus sistemi