Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək Daxili işlər naziri Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Hadisə
23 aprel 2025 10:48
Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir tərəfindən aprelin 30-da Tovuz Rayon Polis Şöbəsinin inzibati binasında Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Həmin gün onun tərəfindən bölgə üzrə polis orqanlarında vakant vəzifələrdə xidmətə qəbulla əlaqədar sıra baxışı da keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 29.04.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Son xəbərlər

Orphus sistemi