İyunun 22-də
Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Müşavirəni giriş sözü ilə açan Daxili İşlər naziri, polis general-leytenantı
Nazir V.Eyvazov Prezidentin ölkədə asayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işləri və əldə edilmiş nəticələri yüksək qiymətləndirdiyini xüsusi qeyd edib, qazanılan uğurlarla bərabər, əməliyyat-xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da xatırladaraq onların həlli yollarını göstərib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.
Qarşıya qoyulmuş mühüm vəzifələrdən söz açan daxili işlər naziri bu sırada polisin qanunla müəyyən edilmiş vəzifələrinin hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirməsinin, əməkdaşların etik davranış qaydalarına ciddi əməl etmələrinin, bu işə nəzarətin gücləndirilməsinin zərurliyini və müvafiq istiqamətlərdə fəaliyyətin sistemli şəkildə davam etdirilməsini tələb edib.
Həmçinin, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsinin, asayişin və təhlükəsizliyin daha etibarlı qorunmasının, orqan və hissələrdə qanunçuluğun möhkəmləndirilməsinin, bu mühüm istiqamətlərdə fəaliyyətin təşkilinə Nazirliyin aparatının struktur qurumlarının, ərazi orqanlarının və nizami polis hissələrinin rəhbərliyinin böyük məsuliyyət hissi ilə yanaşmasının, cinayətlərin qarşısının vaxtında alınması, açılması funksiyalarının ciddi nəzarətdə saxlanılmasının və layiqincə həyata keçirilməsinin vacibliyini iştirakçıların nəzərinə çatdırıb. Eyni zamanda, qeyd edilib ki, şəxsi heyətin
Müşavirənin yekununda nazir Vilayət Eyvazov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti