"Veysəloğlu" şirkəti 91 min manat cərimələnib

"Veysəloğlu" şirkəti 91 min manat cərimələnib Maliyyə Bazarlarına Nəzarət Palatası “Veysəloğlu Yaycılı Qardaşlar” MMC-ni 48 min 128 avro 68 sent (təxminən 91 min 444 manat) cərimə edib.
Hadisə
14 Avqust , 2019 15:45
Veysəloğlu şirkəti 91 min manat cərimələnib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Veysəloğlu Yaycılı Qardaşlar” MMC-ni 48 min 128 avro 68 sent (təxminən 91 min 444 manat) cərimə edib.

"Report"un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qərarından “Veysəloğlu Yaycılı Qardaşlar” MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

1994-cü ildən topdansatış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” satış, distribüter və istehsal şirkətidir.

Son xəbərlər

Orphus sistemi