​Vəkil Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi ilə görüşüb

​Vəkil Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi ilə görüşüb Onun saxlanma şəraitindən narazılığı yoxdur
Hadisə
14 Yanvar , 2016 10:05
​Vəkil Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi ilə görüşüb

Bakı. 14 yanvar. REPORT.AZ/ Vəkil Sadiq Rəsulov barəsində həbs qətimkan tədbiri seçilmiş Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi Rəşad Məmmədovla görüşüb.

Bu barədə "Report"a vəkilin özü məlumat verib.

Vəkilin sözlərinə görə, R.Məmmədov səhhətindən şikayəti olduğunu, özünü yaxşı hiss etmədiyini deyib: "Onun çəkisi aşağı düşüb".

R.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Təcridxanasında saxlanılır. Vəkil sabiq rəisin saxlanma şəraitindən narazı olmadığını bildirib.

Qeyd edək ki, R.Məmmədov 2015-ci ilin may ayının 12-də həbs edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonradan uzadılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi