Mehman Hüseynov sərbəst buraxılıb - YENİLƏNİB

Hadisə
  • 10 yanvar, 2017
  • 12:27
Mehman Hüseynov sərbəst buraxılıb - YENİLƏNİB

Bakı. 10 yanvar. REPORT.AZ/ Blogger Mehman Hüseynov sərbəst buraxılıb.

"Report"un məlumatına görə, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynov 200 manat cərimələnib. 

*** 16:30

Blogger Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Report”un xəbərinə görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

O bildirib ki, M.Hüseynov daha sonra Nəsimi Rayon Məhkəməsinə aparılıb: “Mehman hazırda məhkəmədədir”.

Vəkil bildirib ki, M.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsinə əsasən tutulub. İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov baxacaq.