Ukraynaya girişinə qadağa qoyulan Azərbaycan vətəndaşlarının statistikası açıqlanıb 

Ukraynaya girişinə qadağa qoyulan Azərbaycan vətəndaşlarının statistikası açıqlanıb  Bu il Ukraynaya girişinə qadağa qoyulan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.
Hadisə
3 Avqust , 2021 15:49
Ukraynaya girişinə qadağa qoyulan Azərbaycan vətəndaşlarının statistikası açıqlanıb 

Bu il Ukraynaya girişinə qadağa qoyulan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu statistika 2021-ci ilin ilk 7 ayı ərzində bu barədə çıxarılan qərarları əhatə edir.

Belə ki, bu müddət ərzində 83 nəfər Azərbaycan vətəndaşının Ukrayna ərazisinə girişinə qadağa qoyulması barədə qərar qəbul olunub. Qadağalar müvafiq olaraq müxtəlif müddətə hesablanıb.

Eyni müddət ərzində 24 nəfərin ölkədən məcburi çıxarılması barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi