Ukraynalı qadın azərbaycanlı sevgilisini xəyanət ittihamı ilə bıçaqlayıb

Ukraynalı qadın azərbaycanlı sevgilisini xəyanət ittihamı ilə bıçaqlayıb Ukraynanın Kiyev vilayətinin Vasilkovskıy qəsəbəsində yerli millətdən olan 41 yaşlı qadın vətəndaş nikahında olduğu azərbaycanlı ərini bıçaqlayıb.
Hadisə
11 İyul , 2021 10:53
Ukraynalı qadın azərbaycanlı sevgilisini xəyanət ittihamı ilə bıçaqlayıb

Ukraynanın Kiyev vilayətinin Vasilkovskıy qəsəbəsində yerli millətdən olan 41 yaşlı qadın vətəndaş nikahında olduğu azərbaycanlı ərini bıçaqlayıb.

Kiyev vilayət polisindən "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, bu 38 yaşlı Ruslan Nadimovdur.
Onun hazırda vəziyyəti orta ağırdır. Hadisəni törədən qadın saxlanılıb.

O ilkin ifadə də mübahisənin ərinin ona başqa qadınlarla xəyanət etməsinə səbəb olan faktları ona göstərməsi, qarşı tərəfin isə sərt reaksiya verməsi ilə yarandığını bildirib.

Mübahisə cütlük atasında yaşadıqları evdə içki masası ətrafında baş verib. Qadına yerli Cinayət Məcəlləsinin 121-ci maddəsi ilə iş açılıb.

Son xəbərlər

Orphus sistemi