Ukraynadan Rusiyaya qanunsuz keçmək istəyən iki azərbaycanlı saxlanılıb

Ukraynadan Rusiyaya qanunsuz keçmək istəyən iki azərbaycanlı saxlanılıb Onlar barəsində inzibati protokol tərtib olunub
Hadisə
15 Aprel , 2018 15:30
Ukraynadan Rusiyaya qanunsuz keçmək istəyən iki azərbaycanlı saxlanılıb

Bakı. 15 aprel. REPORT.AZ/ Ukraynanın Krasnopolski rayonunda piyada qanunsuz olaraq Rusiyaya keçmək istəyən iki Azərbaycan vətəndaşı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə ötən gün baş verib. Qrabovski yaşayış məntəqəsi yaxınlığında, dövlət sərhədinin bir neçə metrliyində 60 və 57 yaşlı iki Azərbaycan vətəndaşı sərhəd gözətçisi tərəfindən saxlanılıb. Onlar keçid üçün müəyyən edilməmiş ərazidən Rusiyaya keçməyə cəhd göstəriblər.

Hazırda Azərbaycan vətəndaşları barəsində inzibati protokol tərtib olunub.

Son xəbərlər

Orphus sistemi