Ukraynada erməni azərbaycanlını etnik zəmində gülləbaran edərək öldürüb
Hadisə
- 12 noyabr, 2018
- 10:50
Bakı. 12 noyabr. REPORT.AZ/ Ukraynanın Kirovoqrad vilayətinin Kropivnitskiy şəhərində Ermənistan vətəndaşı, 1980-cı il təvəllüdlü Boqdasaryan Aznavur Eduardoviç avtomat silahla Azərbaycan vətəndaşı, 1972-ci il təvəllüdlü Əsgərov Əlövsət Cabir oğlunu gülləbaran edərək öldürüb.
“Report”un Ukrayna bürosuna yerli polisdən verilən məlumata görə, tərəflər arasında yaranan mübahisə sonda etnik zəminə keçib.
Ə.Əsgərov Boqdasaryanın etnik zəmində təhqirlərinə dözməyərək ona zərbələr endirib. Buna cavab olaraq Ermənistan vətəndaşı avtomobilindəki avtomat silaha əl ataraq açdığı atəş nəticəsində silahın darağındakı bütün güllələri həmyerlimizin bədəninə boşaldıb. Hadisəni törədən A.Boqdasaryan hadisə yerindən qaçıb, polis onu axtarır.
Son xəbərlər
03:40
Rusiyada 5,7 maqnitudada zəlzələ olub
Digər ölkələr03:06
ABŞ-də naməlum şəxs universitetdə atəş açıb, xəsarət alanlar var
Digər ölkələr02:41
Video
Qərbi Azərbaycan Xronikası: Qıpçaq mənşəli etnonimdən yaranan məkan
Daxili siyasət02:11
Heydər Əliyev Fondu və Qurbanqulu Berdiməhəmmədov adına xeyriyyə Fondu anlaşma memorandumu imzalayıb
Sosial müdafiə02:01
UEFA Çempionlar Liqası: "Qalatasaray" səfərdə uduzub, "Liverpul" qalib gəlib
Futbol01:47
Gəncədə orta məktəb şagirdləri qidadan zəhərlənib
Hadisə01:39
KİV: Üsyançıların qabaqcıl dəstələri Konqonun Uvira şəhərinə daxil olub
Digər ölkələr01:13
Paşinyan: İrəvan və Ankara münasibətlərin normallaşdırılması üçün əlaqələri intensivləşdiriblər
Region00:43