Ukrayna polisi Azərbaycan və Əfqanıstan vətəndaşları arasında atışma olması xəbərini təkzib edib

Ukrayna polisi Azərbaycan və Əfqanıstan vətəndaşları arasında atışma olması xəbərini təkzib edib Alla Marçenko: "Gənclər arasında kiçik şifahi münaqişə yaşanıb, elə onların özləri də məsələni aralarında həll ediblər"
Hadisə
3 İyul , 2017 17:21
Ukrayna polisi Azərbaycan və Əfqanıstan vətəndaşları arasında atışma olması xəbərini təkzib edib

Kiyev. 3 iyul. REPORT.AZ/ "Azərbaycan vətəndaşının iştirakı ilə Odessada atışma olmayıb, bu barədə KİV-də yayılmış məlumat həqiqəti əks etdirmir."

Bu barədə "Report"un Ukrayna bürosuna Odessa patrul polisinin mətbuat xidmətinin rəhbəri Alla Marçenko bildirib.

"İyulun 2-də gecə saatlarında patrul xidmətinə atışma xəbəri ilə bağlı çağırış daxil olub. Ekipaj üzvləri hadisə yerinə gələn zaman orada heç bir atəş, silah və ya dava izi olmayıb. Gənclər arasında kiçik şifahi münaqişə yaşanıb, elə onların özləri də məsələni aralarında həll ediblər", - A.Marçenko deyib.

Odessa patrul polisinin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, jurnalistlər münaqişəsi barədə məlumatı "rəngərəngləşdirməyə" çalışıb.

Xatırladaq ki, daha əvvəl Ukrayna KİV-i Odessada Azərbaycan və Əfqanıstan vətəndaşları arasında atışma olduğunu yazıb.

Son xəbərlər

Orphus sistemi