Ukrayna ilə Rusiya sərhədində Azərbaycan vətəndaşı saxlanılıb

Ukrayna ilə Rusiya sərhədində Azərbaycan vətəndaşı saxlanılıb O, Rusiya ilə sərhədin 15 metrliyində tutulub
Hadisə
26 Dekabr , 2017 08:17
Ukrayna ilə Rusiya sərhədində Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Dekabrın 25-nə keçən gecə Ukraynanın Luqansk vilayətinin Rassıpnoe yaşayış məntəqəsi yaxınlığında qanunsuz olaraq Rusiya ilə sərhədi keçməyə cəhd göstərən Azərbaycan və Ukrayna vətəndaşı saxlanılıb.

"Report" "RBK-Ukraina"ya istinadən xəbər verir ki, onlar Rusiya ilə sərhədin 15 metrliyində sərhədçilər tərəfindən dayandırılıblar.

Saxlanılan şəxslər sərhəd xidmət bölməsinə aparılıb. Onların üzərində Ukrayna və Azərbaycan pasportları olub.

Sərhədi qanunsuz keçməyə görə inzibati hüquq pozuntusu haqqında protokol tərtib edilib, iş məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi