Ucarda yük maşını yanıb

Ucarda yük maşını yanıb Ucar rayonunda yanğın hadisəsi baş verib.
Hadisə
25 Sentyabr , 2020 22:14
Ucarda yük maşını yanıb

Ucar rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Qaracallı kəndində qeydə alınıb.

Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Qabil Saleh oğlu Cabbarovun idarə etdiyi "Ford" markalı yük maşını Bakı-Qazax magistral yolunun Ucarın Qaracallı kəndindən keçən hissəsində anidən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Hadisə zamanı yük maşınına ziyan dəysə də, zərər çəkən olmayıb.

Son xəbərlər

Orphus sistemi