Ucarda qəzaya uğrayan yanacaqdaşıyan maşının sürücüsü yanaraq ölüb - YENİLƏNİB - 2

Ucarda qəzaya uğrayan yanacaqdaşıyan maşının sürücüsü yanaraq ölüb - YENİLƏNİB - 2 Ucar rayonunda yanacaqdaşıyan maşının qəzaya uğradığı ərazidə yanğın söndürülüb.
Hadisə
1 Oktyabr , 2024 14:57
Ucarda qəzaya uğrayan yanacaqdaşıyan maşının sürücüsü yanaraq ölüb - YENİLƏNİB - 2

Ucarda yanacaqdaşıyan yük avtomobili, 40 ton yanacaq və vətəndaşa məxsus yardımçı tikili yanıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış yanacaqla dolu yanacaqdaşıyan avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Yanğın nəticəsində yanacaqdaşıyan yük avtomobilinin yanar konstruksiyaları və 40 ton yanacaq, vətəndaşa məxsus yardımçı tikili yanıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə yerində avtomobilin sürücüsünün meyiti aşkar edilib. Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır."

14:13

Ucar rayonunda qəzaya uğrayan yanacaqdaşıyan maşının sürücüsü, 1964-cü il təvəllüdlü Ağsu rayon sakini Tahir Səlim oğlu Mehdiyev yanaraq ölüb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, sürücünün ölümünü əraziyə cəlb olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları təsdiqləyiblər.

Qeyd olunub ki, maşının qəzaya uğraması nəticəsində çıxan yanğın zamanı rayonun Müsüslü kənd sakininə məxsus tövlə də tamamilə yanıb.

13:44

Ucar rayonunda yanacaqdaşıyan maşının qəzaya uğradığı ərazidə yanğın söndürülüb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi