Ucarda velosipedçini maşın vurub - FOTO

Ucarda velosipedçini maşın vurub - FOTO Ucar şəhərində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
28 Aprel , 2019 11:27
Ucarda velosipedçini maşın vurub - FOTO

Ucar şəhərində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, saat 11:00 radələrində şəhərin Azərbaycan küçəsində velosipedlə hərəkətdə olan Ərziman Məmmədov "VAZ-2107" markalı minik maşını tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs ətrafdakıların köməkliyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi