Ucarda itkin düşmüş qadını öldürən şəxs tutulub

Ucarda itkin düşmüş qadını öldürən şəxs tutulub Bakı. 20 dekabr. REPORT.AZ/ Ucarda qətl törədən şəxs tutulub.
Hadisə
20 Dekabr , 2018 11:10
Ucarda itkin düşmüş qadını öldürən şəxs tutulub

Bakı. 20 dekabr. REPORT.AZ/ Ucarda qətl törədən şəxs tutulub.

DİN Mətbuat Xidmətindən “Report”a daxil olan məlumatda bildirilib ki, Ucar Rayon Polis Şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Son xəbərlər

Orphus sistemi