Yuxarı

Ucarda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə görə cinayət işi başlanıb

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir

Bakı. 19 yanvar. REPORT.AZ/ Ucarda iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb. "Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Bu gün saat 09 radələrində Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisində 1978-ci il təvəllüdlü Göyçay rayon sakini Qasımov Taryel Şahkərəm oğlunun Bakı istiqamətində idarə etdiyi beton qarışdıranyük avtomobili ilə 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Salahov Ehtiram Əkrəm oğlunun Qazax istiqamətində idarə etdiyi “Mercedes Benz E 270” markalı avtomobilin toqquşması zamanı minik avtomobili tamamilə, yük avtomobilinin isə qabaq hissəsi yanıb.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü E.Salahov və həmin avtomobildə olan sərnişin Göyçay rayon prokurorunun böyük köməkçisi Qurbanov Emin Natiq oğlu ölüb, yük avtomobilinin sürücüsü T.Qasımov isə xəsarət alıb.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi