Ucarda BMW motosikletlə toqquşub, xəsarət alanlar var

Ucarda BMW motosikletlə toqquşub, xəsarət alanlar var Ucar rayonunda yol qəzası baş verib.
Hadisə
2 Sentyabr , 2020 20:28
Ucarda BMW motosikletlə toqquşub, xəsarət alanlar var

Ucar rayonunda yol qəzası baş verib.

”Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bərgüşad kəndində qeydə alınıb.

Belə ki, Anar Məhərrəm oğlu Kazımovın idarə etdiyi BMW markalı avtomobil kənd yolunda motosikletə çarpılıb. Nəticədə motosiklet yoldan çıxaraq aşıb. Hadisə zamanı motosikletin sürücüsü və sərnişini - Bərgüşad kənd sakinləri, 40 yaşlı Abdullayev Mansur Abdurahman oğlu və 16 yaşlı Bakirov Müzəffər Mütəllim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi