Ucarda avtomobil su kanalına aşıb, ölən və yaralanan var - VİDEO - YENİLƏNİB-2

Hadisə
  • 23 fevral, 2019
  • 12:44
Ucarda avtomobil su kanalına aşıb, ölən və yaralanan var - VİDEO - YENİLƏNİB-2
Report

Video əlavə olunub

*** 16:19


Ucar. 23 fevral. REPORT.AZ/ Ucar rayonunda yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub.  

"Report"un Şirvan bürosu xəbər verir ki, ölən sürücü Zərdab şəhər sakini, 1974-cü il təvəllüdlü Ceyhun Calal öğlu Ömərov və xəsarət alan sərnişin isə Ucar rayonunun Qəzyan kənd sakini, 1998-ci il təvəllüdlü Kamran Yaşar oğlu Hüseynovdur. 


*** 14:35

Ucar rayonunda yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Ucar-Zərdab magistralında baş verib.

Belə ki, Zərdab rayonu istiqamətində hərəkətdə olan "VAZ-21170" markalı avtomobil idarəetmədən çıxaraq yolkənarındakı su kanalına aşıb. Sürücünün hadisə yerində öldüyü bildirilir. Onun şəxsiyyətini hələlik dəqiqləşdirmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Ucarda avtomobil su kanalına aşıb, ölən və yaralanan var - VİDEO - YENİLƏNİB-2