Ucarda avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Ucarda avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB Ucar rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.
Hadisə
17 Avqust , 2019 17:58
Ucarda avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Report

Ucar rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, bu, Bərdə rayon sakini, 1981-ci il təvəllüdlü Ramin Süleyman oğlu Daşdəmirzadədir. 

R.Süleymanov yüngül xəsarət aldığından hadisə yerində ilkin tibbi yardım aldıqdan ambulator müalicəyə göndərilib.


*** 15:45

Ucar rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Müsüslü kəndində qeydə alınıb.

Belə ki, "Opel" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi