Ucarda ağır yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB

Ucarda ağır yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB Ucarda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.
Hadisə
23 Aprel , 2023 09:23
Ucarda ağır yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB

Ucarda baş verən ağır yol qəzasında 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik maşınının sürücü Ucar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb.

Qəza zamanı 2014-cü il təvəllüdlü Abdullayeva Aynişan Elnur qızı ölüb, 2019-cu il təvəllüdlü Abdullayeva Rüqəyya Elnur qızı, habelə 1992-ci il təvəllüdlü Nəsibova Səidə Nazim qızı və 1965-ci il təvəllüdlü Nəsibova Kəmalə Zabit qızı xəsarət alıblar.

Yaralılardan biri Ucar rayon Mərkəzi Xəstəxanasına, digərləri Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qeyd edək ki, onlar bir ailənin üzvləridir. 

Faktla bağlı araşdırma aparılır.

09:00

Ucarda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik maşınının sürücü Ucar istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Hadisə zamanı avtomobildə olan bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi