Ucarda 16 yaşlı qız ərə verilib
Hadisə
- 19 dekabr, 2022
- 08:17
Ucar rayonunda yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, toy şənliyi dekabrın 17-də rayonun Qaracallı kəndində təşkil edilib.
Belə ki, kənd sakini 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib.
Məlumata görə, bir həftə əvvəl cütlüyün qız toyu olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov "Report"un yerli bürosuna bildirib ki, toy məclisi ilə bağlı artıq Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Son xəbərlər
06:51
CNN: İran nüvə obyektlərini bərpa etməyə cəhd edir
Region06:24
İrəvani: ABŞ beynəlxalq öhdəliklərini pozub
Region05:59
Estoniya Rusiya ilə sərhəddə hərbi şəhərcik inşa etmək niyyətindədir
Digər ölkələr05:32
Türkiyədə dələduzluq yolu ilə milyonlarla pul əldə edənlər saxlanılıb
Region05:05
"Reuters" Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı detalları açıqlayıb
Digər ölkələr04:36
İran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib
Region04:08
Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini keçib
Digər ölkələr03:37
Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
Region03:09