Ucarda 11 yaşlı uşaq çaya düşərək boğulub

Ucarda 11 yaşlı uşaq çaya düşərək boğulub Hazırda onun meytinin tapılması üçün axtarış aparılır
Hadisə
23 İyun , 2017 16:26
Ucarda 11 yaşlı uşaq çaya düşərək boğulub

Ucar. 23 iyun. REPORT.AZ/ Ucarda 11 yaşlı uşaq çaya düşərək boğulub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Küçəkənd kəndində baş verib.

Belə ki, 11 yaşlı Səid Məmmədov kənd ərazisindən keçən Şır-şır çayında çimərkən çayın dərin yerinə düşüb və köməksiz vəziyyətdə qalaraq boğulub.  

Hazırda onun meytinin tapılması üçün axtarış aparılır. 

Son xəbərlər

Orphus sistemi