Türkiyə vətəndaşının ölkəsinə ekstradisiyası ilə bağlı istintaq orqanının təqdimatı üzrə məhkəmə başlayıb

Türkiyə vətəndaşının ölkəsinə ekstradisiyası ilə bağlı istintaq orqanının təqdimatı üzrə məhkəmə başlayıb Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə dələduzluqda, saxta sənədlər hazırlamaqda təqsirləndirilən Yaver Ulluqçunun öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimat üzrə məhkəmə iclası başlayıb.
Hadisə
15 Noyabr , 2018 13:47
Türkiyə vətəndaşının ölkəsinə ekstradisiyası ilə bağlı istintaq orqanının təqdimatı üzrə məhkəmə başlayıb
Report

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə dələduzluqda, saxta sənədlər hazırlamaqda təqsirləndirilən Yaver Ulluqçunun öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimat üzrə məhkəmə iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Y.Ulluqçunun 2006-cı ildə Türkiyədə dələduzluqda, saxta sənəd düzəltməkdə, maşınların mühərrikindən nömrələri dəyişdirirək satmaqda ittiham edilib.

Türkiyə məhkəməsi onu 5 il 204 gün müddətinə azadlıqdan məhrum edib.

İstintaq və məhkəmə dövründə həbsxanada olan Y.Ulluqçu barəsində hökm çıxarılandan sonra azadlığa buraxılıb.

Sənədlərdən məlum olur ki, həmin dövrdə həbsxanada yer olmadığından onu bir müddətlik azadlığa buraxıblar.

Daha sonra Y.Ulluqçu Azərbaycana gəlib. 2011-ci ildə Azərbaycan vətəndaşı ilə ailə qurub, 3 azyaşlı övladı olub.

Məhkəmədə dindirilən Y.Ulluqçu bildirib ki, Azərbaycana gələndən sonra 2011-ci ildə Türkiyə gedib və 10 gün orada qalıb.

Təqsirləndirilən şəxs Türkiyəyə getmək istəmədiyini bildirib.

Ədliyə Nazirliyinin nümayəndəsi Qoca Qocayev isə deyib ki, bu il avqustun 24-də Türkiyə tərəfi axtarışa verdiyi vətəndaşının Azərbaycanda yaşadığını, tutularaq öz ölkəsinə ekstradisiya olunmasını tələb edib.

Məhkəmə prosesi noyabrın 21-də davam edəcək.

Qeyd edək ki, Türkiyə vətəndaşı Y.Ulluqçu bu il Bakının Səbail rayonunda saxlanılıb. Məlum olub ki, o, öz ölkəsində cinayət törədərək Azərbaycana qaçıb.

Son xəbərlər

Orphus sistemi