Yuxarı

Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib, ölən və yaralanan var - VİDEO - YENİLƏNİB-2

Video əlavə olunub


***20:55

Balakən. 13 fevral. REPORT.AZ/ Balakən rayonunda yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub. 

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə Balakən rayonunun Puştətala kənd sakini, 1986-cı il təvəllüdlü Samir Nurəddin oğlu Alqayevin idarə etdiyi “Toyota RAV4” markalı minik avtomobili toqquşub. Nəticədə S.Alqayev hadisə yerində ölüb. B.Saminə isə Balakən Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.


*** 18:31

Balakən rayonunda yol qəzası baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun rayonun “Beş bulaq” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. 

Türkiyə dövlət qeydiyyat nişanlı TIR ilə “Toyota RAV4” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb. Yük maşınının sürücüsü olan Türkiyə vətəndaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi