Türkiyə vətəndaşı Bakı sakininə qarşı 550 min dollarlıq dələduzluq edib

Türkiyə vətəndaşı Bakı sakininə qarşı 550 min dollarlıq dələduzluq edib Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Dekabr , 2016 17:08
Türkiyə vətəndaşı Bakı sakininə qarşı 550 min dollarlıq dələduzluq edib

Bakı. 23 dekabr. REPORT.AZ/ Türkiyə vətəndaşı Bakı sakininə qarşı 550 000 dollarlıq dələduzluq edib.

"Report"un xəbərinə görə, bu barədə 1979-cu il təvəllüdlü Kərimov Zaur Zakir oğlu hüquq-mühafizə orqanlarına ünvanladığı şikayət ərizəsində məlumat verib. Z.Kərimov ərizəsində bildirib ki, 2013-cü ilin may və iyun aylarında Türkiyə vətəndaşı 1966-ci il təvəllüdlü Oğuz Ənvər İnci oğlu ondan 550 000 ABŞ dolları pul alıb, lakin indiyədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi