Tümen vilayətində azərbaycanlıların diaspor təşkilatının keçmiş rəhbəri məhkum olunub

Tümen vilayətində azərbaycanlıların diaspor təşkilatının keçmiş rəhbəri məhkum olunub Cəmşid Fətullayev daha əvvəldən ölkəyə girişi qadağan edilmiş üç Azərbaycan vətəndaşının Rusiyaya qanunsuz girişini və orada qalmaq işini təşkil edib
Hadisə
29 Dekabr , 2016 12:22
Tümen vilayətində azərbaycanlıların diaspor təşkilatının keçmiş rəhbəri məhkum olunub

Bakı. 29 dekabr. REPORT.AZ/ Tümen azərbaycanlılarının "Dostluq" vilayət ictimai təşkilatının keçmiş sədri Cəmşid Fətullayev yerli məhkəmə tərəfindən qeyri-qanuni miqrasiya təşkilində təqsirkar bilinib.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

C.Fətullayev daha əvvəldən ölkəyə girişi qadağan edilmiş üç Azərbaycan vətəndaşının Rusiyaya qanunsuz girişini və orada qalmaq işini təşkil edib.

İstintaq zamanı müəyyənləşdirilib ki, bunun üçün məhkum əcnəbilər və Tümenin qadın vətəndaşları arasında nikah şəhadətnaməsi hazırlayaraq onları saxta notariat möhür vasitəsilə təsdiq edib. C.Fətullayev həm də həmvətənlərini aldadaraq onları dövlət strukturları ilə əlaqəsinin olmasına inandırıb.

Məhkumun evində aparılan axtarış zamanı müxtəlif dövlət orqanlarının qeyri-qanuni hazırlanmış 30-dan çox möhür və ştamp ələ keçirilib.

Son xəbərlər

Orphus sistemi