Qusar sakini traktorun altında qalaraq ölüb

Qusar sakini traktorun altında qalaraq ölüb Araşdırma aparılır
Hadisə
15 Dekabr , 2014 14:14
Qusar sakini traktorun altında qalaraq ölüb

Bakı. 15 dekabr. REPORT.AZ/ Qusar rayon sakini traktorun altında qalaraq faciəlı şəkildə dünyasını dəyişib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, rayonun Uzun-tala adlanan ərazisində rayon sakini Rza Vələdov “KONVAA-470” markalı traktoru arxaya verərkən rayon sakini Bəhruz Əmirquliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi