Tovuzda zəncirvari yol qəzası baş verib, 5 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Hadisə
  • 01 noyabr, 2019
  • 08:23
Tovuzda zəncirvari yol qəzası baş verib, 5 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Tovuz rayonunda baş verən zəncirvari yol-nqəliyyat hadisəsi zamanı xəsarətalan şəxslərin adları məlum  olub.

"Report"un yerli bürosunun məlumatına görə,  hadisə nəticədə 5 nəfər Alakol kənd sakinləri - 1988-ci il təvəllüdlü Musayev Elvin İlqar oğlu, 1984-cü il təvəllüdlü Rüstəmova Sevinc İlqar qızı, 1957-ci il təvəllüdlü Tağıyeva Şamama Kərəm qızı, 1959-cu il təvəllüdlü Rzayeva Yelena Məcid qızı və 2012-ci il təvəllüdlü Rüstəmova Aylin Adil qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 7 yaşlı uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 10:23

Tovuz rayonunda zəncirvari yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-2106", "VAZ-2107" və TIR markalı avtomobillər toqquşub.

Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Tovuzda zəncirvari yol qəzası baş verib, 5 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

44 filmi