Tovuzda zəncirvari qəza nəticəsində 1 nəfər ölüb

Tovuzda zəncirvari qəza nəticəsində 1 nəfər ölüb Tovuz rayonunda baş verən zəncirvari qəza ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən şəxs orada ölüb.
Hadisə
14 Oktyabr , 2019 07:49
Tovuzda zəncirvari qəza nəticəsində 1 nəfər ölüb

Tovuz rayonunda baş verən zəncirvari qəza ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən şəxs orada ölüb.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, qəza nəticəsində motosikletin sürücüsü, 1984-cü il təvəllüdlü Babək Əliyev ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb, lakin həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***00:23
Tovuz rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə "Jeep", "VAZ" markalı avtomobillərin və motosikletin iştirakı ilə baş verib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. 

Qəza zamanı motosikletin sürcüsü ağır bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi