Tovuzda zəncirvari qəza nəticəsində 1 nəfər ölüb

Hadisə
  • 14 oktyabr, 2019
  • 03:49
Tovuzda zəncirvari qəza nəticəsində 1 nəfər ölüb

Tovuz rayonunda baş verən zəncirvari qəza ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən şəxs orada ölüb.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, qəza nəticəsində motosikletin sürücüsü, 1984-cü il təvəllüdlü Babək Əliyev ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb, lakin həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***00:23
Tovuz rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə "Jeep", "VAZ" markalı avtomobillərin və motosikletin iştirakı ilə baş verib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. 

Qəza zamanı motosikletin sürcüsü ağır bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.