Tovuzda yolu keçmək istəyən şəxsi avtomobil vurub

Hadisə
  • 26 noyabr, 2019
  • 17:58
Tovuzda yolu keçmək istəyən şəxsi avtomobil vurub
təcili

Tovuz rayonunda piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb. 

Yolu qarşı tərəfə keçmək istəyən 1987-ci il təvəllüdlü Həsənov Anarı "VAZ-2101" markalı avtomobil  vurub. 

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə