Tovuzda yol qəzası nəticəsində yaralananların adları məlum olub - FOTO - YENİLƏNİB - SİYAHI

Tovuzda yol qəzası nəticəsində yaralananların adları məlum olub - FOTO - YENİLƏNİB - SİYAHI Tovuz. 19 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin kimlikləri məlum olub.
Hadisə
19 Oktyabr , 2018 20:01
Tovuzda yol qəzası nəticəsində yaralananların adları məlum olub - FOTO - YENİLƏNİB - SİYAHI
Report

Tovuz. 19 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin kimlikləri məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar sərnişinlər - Tovuz rayonunun Düz Cırdaxan kənd sakinləri, 2002-ci il təvəllüdlü Nərmin Seymur qızı Mustafayeva, 1956-cı il təvəllüdlü Elman Əsgər oğlu Hümbətov, 1990-cı il təvəllüdlü Elşən Sultanov və 1961-ci il təvəllüdlü Həqiqət Məhəmməd qızı Süleymanovadır. Hazırda müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralıların xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


*** 18:59

Tovuz rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.

Belə ki, "Mercedes" markalı mikroavtobusla "VAZ-2107" markalı minik maşını toqquşub və daha sonra idarəetmədən çıxan hər iki avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alanlar var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda onların kimlikləri və hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi