Tovuz rayonunda yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Xatınlı kəndində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 2 nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.