Tovuzda uşaq dərman içərək zəhərlənib

Tovuzda uşaq dərman içərək zəhərlənib Tovuz. 28 avqust. REPORT.AZ/ Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.
Hadisə
28 Avqust , 2018 00:51
Tovuzda uşaq dərman içərək zəhərlənib

Tovuz. 28 avqust. REPORT.AZ/ Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun 2014-cü il təvəllüdlü Qaraxanlı kənd sakini Məmmədzadə Tural Azər oğlu yaşadığı evdə nəzərətsiz olduğu zaman bilmədən dərman içərək zəhərlənib.

Valideynləri tərəfindən xəstəxanaya aparılan uşağa tibbi yardım göstərilib və o, palataya yerləşdirilib. Uşağın hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi