Tovuzda şadlıq sarayından 6000 manatlıq səsgücləndirici oğurlanıb

Hadisə
  • 05 dekabr, 2018
  • 08:35
Tovuzda şadlıq sarayından 6000 manatlıq səsgücləndirici oğurlanıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Tovuz rayonunda şadlıq sarayından 6000 manatlıq səsgücləndirici oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Tovuz rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 27-də rayon ərazisindəki şadlıq saraylarının birindən 6000 manat dəyərində səsgücləndirici oğurlamaqda şübhəli bilinən Abulbəyli kənd sakini Cavid Cəfərov saxlanılıb.