Tovuzda qohumunu bıçaqlayan şəxs saxlanılıb

Hadisə
  • 26 iyun, 2018
  • 14:20
Tovuzda qohumunu bıçaqlayan şəxs saxlanılıb

Tovuz. 26 iyun. REPORT.AZ/ Tovuz rayonunda mübahisə zəminində qohumunu bıçaqlayan şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Əlibəyli kənd sakini, 1970-ci il təvəllüdlü Səməd İlqar oğlu Bayramov şəxsi münasibətlər zəminində qaynı, 1962-ci il təvəllüdlü Qurbanov Sahib Xankişi oğlu tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi