Tovuzda qətl törədilib - YENİLƏNİB

Tovuzda qətl törədilib - YENİLƏNİB Tovuz rayonunda həmyerlisi tərəfindən bıçaqlanaraq qətlə yetirilən şəxsin adı məlum olub.
Hadisə
12 Oktyabr , 2019 20:00
Tovuzda qətl törədilib - YENİLƏNİB

Tovuz rayonunda həmyerlisi tərəfindən bıçaqlanaraq qətlə yetirilən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, bu, rayon sakini, 1989-cu il təvəllüdlü  Asif Cəfər oğlu  İbrahimov olub.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Polis hadisəni tördən şəxsin axtarışlarına başlayıb. ***18:49

Tovuzda rayonunda qətl törədilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayon mərkəzində yerləşən çay evlərindən birində baş verib. 

Belə ki, iki həmyerli arasında baş verən mübahisə tərəflər arasında davaya səbəb olub. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan bir nəfər bıçaq xəsarətləri alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.  

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi