Tovuzda qardaş qətlinin təfərrüatı məlum olub

Tovuzda qardaş qətlinin təfərrüatı məlum olub Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Aprel , 2017 19:47
Tovuzda qardaş qətlinin təfərrüatı məlum olub

Tovuz. 20 aprel. REPORT.AZ/ Tovuz rayonunda qardaş qardaşı tüfənglə gülləyərək qətlə yetirib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun İbrahimhacılı kəndinə baş verib. 

Belə ki, kənd sakini, 1995-cu il təvəllüdlü Sərxan Şaiq oğlu İsmayılov qardaşı, 2002-ci il təvəllüdlü İbrahim Şaiq oğlu İsmayılovun həyətdə olarkən 16 mm çaplı ov tüfəngi ilə açdığı güllə ilə ölüb.

Mərhumun yaxınları ehtiyatsızlıq səbəbindən onun əlindəki tüfəngin açıldığını və güllənin qardaşına dəydiyini bildiriblər. 

Məlumata görə, qardaşlar videoçəkiliş aparırlarmış. Bu zaman qardaşlardan biri tüfəngi digərinin başına tuşlayıb və içərisində güllə olmadığını düşünərək atəş açıb. Nəticədə başından güllə yarası alan Sərxan İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi