Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Qovlar şəhərində yolu qarşı tərəfə keçmək istəyən qadını avtomobil vurub.
Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.