Tovuzda piyadanı avtomobil vuraraq öldürüb 

Tovuzda piyadanı avtomobil vuraraq öldürüb  Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
24 Yanvar , 2023 00:22
Tovuzda piyadanı avtomobil vuraraq öldürüb 

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Qovlar şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən, 1964-cü il təvəllüdlü Məmmədov Zülfüqarı "VAZ" markalı minik avtomobili vurub.

Piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi