Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB-2

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB-2 Hadisə zamanı yaralananların da olduğu bildirilir
Hadisə
10 Mart , 2017 21:12
Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB-2

Tovuz. 10 mart. REPORT.AZ/ Tovuz rayonunda 1 nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qovlar şəhərində baş verib.

"BMW" markalı avtomobillə "VAZ -2106"nın toqquşması nəticəsində, sərnişinlərdən biri - Tovuz rayon, Qovlar şəhər sakini, 1991-ci il təvəllüdlü Nuriyev Samir Sahib oğlu ağır xəsarət alıb və yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Qəza zamanı daha 2 nəfər yaralanıb. Onlardan biri - Qovlara toya gəlmiş 1991-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Əbdürrəhmanov Ceyhun Şahin oğludur. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır. Digər yaralı, "VAZ"ın sürücüsü, Aşağı Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov Ramil Vüqar oğludur.

Əraziyə polis əməkdaşları cəlb olunub. Baş vermiş qəza ilə bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi