Tovuzda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Tovuzda dağlıq ərazidə baş verən yanğın söndürülüb Tovuz rayonu, Yanıqlı kənd ərazisində olan meşəlik sahədə yanğın qeydə alınıb.
Hadisə
12 Avqust , 2021 16:12
Tovuzda dağlıq ərazidə baş verən yanğın söndürülüb
0 : 00
0 : 00

Tovuz rayonu, Yanıqlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğın zamanı 4 ha sahədə qaratikan kolları və quru ot yanıb.

Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

13.05

Tovuz rayonu, Yanıqlı kənd ərazisində olan meşəlik sahədə yanğın qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsindən "Report"a verilən məlumata görə, meşə yaxınlığında təxmini 5 hektar sahədə quru ot və kol-kos yanıb. Ağaclıq olan sahəyə yanğın keçməyib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi